Misli Premyer Liqasında 2-ci turun hakim təyinatları açıqlanıb.
Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki,  2-ci turda keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxriə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.
Ona görə də bu turda cəmi 4 qarşılaşma olacaq:
22 avqust (şənbə)
18:30 “Qəbələ” – “Şəfa”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov 
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu

20:45 “Zirə” – “İmişli”
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov 
AVAR: Akif Əmirəli
 Zirə İdman Kompleksinin stadionu
23 avqust (bazar)
18:30 “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli 
AVAR: Zeynal Zeynalov
Tovuz şəhər stadionu
20:45 “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
“Neftçi Arena”