Yan Diomande "Real Madrid"ə transferi və Joze Mourinyo ilə ilk təəssüratları barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, gənc futbolçu bu keçidin onun üçün bir arzu olduğunu bildirib: "Dünyada "Real Madrid"dən böyük klub yoxdur. Bu xəbəri eşidəndən bəri rahat yata bilmirdim, inana bilmirdim. Əvvəl Xuni Kalafatla, sonra isə baş məşqçi ilə danışdım. Təəccübləndim ki, Mourinyo mənimlə fransızca danışdı. O, mənimlə danışmaq üçün səhər saat 5-də oyanmışdı. Bu, məsələnin nə qədər vacib olduğunu göstərir. "Madrid"dən zəng gələndə imtina etmək mümkün deyil. Mən də dedim ki, əgər sizə lazımsansa, gəlirəm. Buraya gələn kimi Mourinyo mənə dedi: 'Sənə söz vermişdim ki, komandamın bir hissəsi olacaqsan və indi buradasan'. Mən də ona dedim: 'Sizinlə işləməkdən məmnunam, çünki siz ən yaxşısınız'. Ondan çox şey öyrənə bilərəm, inkişafım üçün ən doğru məşqçidir. Onun üçün hər şeyə hazıram".