"Şamaxı" Misli Premyer Liqasının ilk turunda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub oldu.

Offsideplus.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçiso Azər Bağırov görüşdən sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

"Qarabağa qarşı oynamaq hımişə çətindir. Onlara qarşı oynamaq futbolçularımızda bir az həyəcan yaratmışdı. Səhvlərimiz var. Onları düzəltməliyik. Qarabağ kimi komandalara qarşı oyunlarda cüzi səhvlər bağışlanmır.

Düşünürəm ki, yaxşı heyətimiz var. Gənc, yerli futbolçulardan ibarət bir heyətlə çalışıram. Biz istəyirik ki, Azərbaycan futboluna yeni futbolçular bəxş edək".