“Zirə”nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində çempionatda 100-cü matçını keçirib.
Offsideplus.az xəbər verir ki, 2023-cü ildən komandada çıxış edən braziliyalı bu görüşlərdə 13 qol vurub.
Renato eyni klubun heyətində 100 və daha çox oyun keçirən 4-cü braziliyalı kimi Azərbaycan çempionatları tarixinə düşüb.
Eyni klubda ən çox matça çıxan braziliyalılar:
-
Flavinyo (“Neftçi”) – 133
-
Dodo (“Qəbələ”) – 131
-
Denis Silva (“Neftçi”) – 116 (“Şamaxı”da da 113 oyun)
-
Ruan Renato (“Zirə”) – 100
Qeyd edək ki, Riçard Almeyda “Qarabağ”da daha çox oynasa da, milli komandamızın şərəfini qoruduğu üçün siyahıda yer almayıb.


