İngiltərə millisinin kapitanı və "Bayern Münhen"in təcrübəli hücumçusu Harri Keyn klubdakı müqavilə vəziyyəti ilə bağlı sakit və arxayın açıqlama verib.
Offsideplus.az xəbər verir ki, sözləşməsinin son mövsümünə daxil olan 33 yaşlı ulduz hücumçu rəhbərliklə tezliklə masa arxasına əyləşəcəklərini bildirib.
Keyn müqavilə müddətinin bitməsinə az qaldığını xatırladaraq deyib: "Müqaviləmin bitməsinə cəmi 1 mövsüm qalıb, ona görə də indi bu barədə danışmağın tam vaxtıdır."
Təcrübəli forvard rəhbərliklə görüşlərin yaxın vaxtda tutulacağını qeyd edib: "Məsələni gələn həftə və ya ondan sonrakı həftə müzakirə edəcəyik."
Təzyiq altında olmadıqlarını vurğulayan Keyn əlavə edib: "Hər iki tərəf bu məsələdə tamamilə rahattır və arxayındır."


