“Mançester Siti” “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesin transferi üçün danışıqları bərpa edir.

Offsideplus.az "AS"a istinadən xəbər verir ki, argentinalı futbolçunun keçidində şəxsən “şəhərlilər”in baş məşqçisi Entso Mareska maraqlıdır. “Çelsi”nin qoyduğu vaxt bitsə də, tərəflər transfer məbləğini müzakirə etməyə davam edəcəklər. Fernandes özü də sabiq məşqçisi ilə yenidən çalışmaqda maraqlıdır.

London klubunun həmtəsisçisi Behdad Eqbali və idman direktorları prosesi sürətləndirmək üçün tanınmış menecer Jorje Mendeşi danışıqlara cəlb ediblər.

Qeyd edək ki, 2023-cü ildən “Çelsi”də çıxış edən 25 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2032-ci ilə qədərdir. Onun transfer dəyəri 100 milyon avro qiymətləndirilir.