İtaliyanın Roma klubu Fənərbaxçanın niderlandlı müdafiəçisi Ceyden Oostervolde üçün rəsmi addım atıb.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi uzun müddətdir izlədiyi 25 yaşlı müdafiəçi üçün "Fənərbağça" rəhbərliyinə rəsmi transfer təklifini təqdim edib.

  • Futbolçu İtaliyaya keçməyə razıdır: Daha əvvəl İtaliyada "Parma" klubunda çıxış etmiş Oostervolde A Seriyasına qayıtmaq variantına müsbət baxır və transferə yaşıl işıq yandırıb.

  • Danışıqlar davam edir: "Fənərbağça"nın oyunçu üçün müəyyənləşdirdiyi bonservis məbləği çərçivəsində klublar arasında müzakirələrin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.