"Barselona" klubunun növbəti transfer planı da baş tutmadı.
Offsideplus.az xəbər verir ki, Xulian Alvaresin "Atletiko"da qalacağı dəqiqləşdiyi üçün kataloniyalılar diqqətlərini Lautaro Martinez transferinə yönəltmişdi.
İtaliyanın "İnter" klubunun argentinalı hücumçusu və kapitanı haqqında çıxan transfer şayiələrinə son qoyulub.
- "İnter"in mövqeyi qətidir: Milan klubu kapitanını toxunulmaz hesab edir və onu satmaq niyyətində deyil.
- Gələcəyi "San Siro"dadır: 28 yaşlı argentinalı ulduz karyerasını "İnter"də davam etdirəcək.



