İngiltərə Premyer Liqası təmsilçisi "Brayton" gənc vingeri Yankuba Minteh üçün "Liverpul"dan gələn növbəti rəsmi təklifi geri çevirib.
Offsideplus.az xəbər verir ki, Mersisaydlıların ilk 50 milyon funt-sterlinqlik təklifi rədd edildikdən sonra məbləği 60 milyon funta yüksəltsə də, "Brayton" rəhbərliyi bu rəqəmlə də razılaşmayıb.
-
"Brayton"un tələbi dəqiqdir: 22 yaşlı qambiyalı futbolçu üçün təxminən 70 milyon funt-sterlinq civarında transfer haqqı tələb edir.
-
Qərar "Liverpul"undur: "Liverpul" rəhbərliyi transfer pəncərəsi bağlanmazdan əvvəl "Brayton"un tələb etdiyi məbləğlə üçüncü dəfə müraciət edib-etməyəcəyinə qərar verməlidir.


