Misli Premyer Liqasında II tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış oyunu Qəbələdə baş tutacaq.

Yerli komanda debütant "Şəfa"nı qəbul edəcək.

Görüş saat 18:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah"ın Çempionlar Liqası, "Qarabağ"ın isə Konfrans Liqası matçları ilə əlaqədar müraciətindən sonra PFL II turun "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarını təxirə salıb.

MPL, II tur

22 avqust (şənbə)

18:30 “Qəbələ” – “Şəfa”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu