Mikel Arteta Premyer Liqanın birinci turunda "Koventri" üzərində 3:0 hesablı qələbədən sonra oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Arsenal"ın baş məşqçisi komandasının əla çıxış etdiyini bildirib: "Mükəmməl oyun göstərdik, futbolçuların çıxışında bir çox məqam xoşuma gəldi. Həqiqətən meydanda üstün idik, oyunçular arasında inanılmaz anlaşma var idi. Fasiləyə qədər iki gözəl qol vurduq. Oyun gedişini nəzarətdə saxlamalı idik və bəzi futbolçulara da şans verdik. Bu, doğrudan da yaxşı qarşılaşma oldu. Rəqibimiz güclü və yaxşı hazırlıqlı idi. Onların necə problem yaradacaqlarını yaxşı bildiklərini gördük".