"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandasının transfer siyasəti və qarşıdakı planları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Qalatasaray" "Ərzurumspor" üzərində 4:0 hesablı qələbədən sonra Okan Buruk transferlərlə bağlı bunları deyib:
"Hazırda bir yetkin, bir də gənc oyunçu üçün kvotamız var. Hər iki mövqe üçün seçimlərimiz mövcuddur. Həm hücumçu, həm də cinah oyunçusu mövqelərində gənc və təcrübəli futbolçularla bağlı alternativlərimiz var. Son qərarı bu həftə verəcəyik. Əlaqədə olduğumuz oyunçulardan cavab gözləyirik. Aleksey Batrakovun transferi və gələn həftə bizə qoşula biləcək digər futbolçuların gəlişi hesab edirəm ki, bizi müsbət nəticələrə aparacaq. Transfer pəncərəsi bağlandıqdan sonra Çempionlar Liqasına tam hazır heyətimiz olacaq."


