İngiltərə futbolunun əfsanəsi İan Rayt "Arsenal"ın braziliyalı cinah oyunçusu Qabriel Martinelliyə dəstək olub.

Offsideplus.az xəbər verir ki, Rayt Martinellinin İngiltərə Superkubokunda "Mançester Siti"yə (3:0) və Premyer Liqanın ilk turunda "Koventri"yə (3:0) qarşı heyətə daxil edilməməsinə münasibət bildirib.

"Martinelliyə hazırda göstərilən münasibət məni narahat edir. O, həmişə meydanda bütün gücünü qoyur. Demirəm ki, o, ən böyük ulduzdur, amma "Arsenal" üçün vacib anlarda fərqlənib, önəmli qollar vurub. Klubda bəlkə də onun ayrılmasını istəyirlər və bir çoxları deyir ki, bəlkə də getmək vaxtıdır. Amma bunu etmək üçün müxtəlif yollar var və bu, futbolçunun özünə də uyğun olmalıdır. O, heyətdə yoxdur, onunla danışmırlar, baş verənləri anlamır, Superkubok oyununda da heyətdə olmayıb. Üstəlik, müqaviləsinin bitməsinə bir il qalıb. Əgər "Arsenal" Vinisius Junioru transfer etsəydi, Martinelli düşünərdi ki, artıq üçüncü seçimdir. Amma indi baxanda, bir cinahda Xristos Çolis, digərində Noni Madueke oynayır və Martinelli düşünür ki, onlarla rəqabət apara bilər və komandaya hələ də fayda verə bilər. Sadəcə demək istəyirəm ki, məncə, Martinelli bu komanda üçün kifayət qədər iş görüb və ona daha çox hörmət göstərilməlidir", – deyə İan Rayt Sky Sports-a açıqlamasında bildirib.