Almaniyalı hücumçu Nikolo Trezoldi bir neçə Avropa nəhənginin diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, "Barselona" və "Leypsiq" 22 yaşlı futbolçunun transferini nəzərdən keçirir. "Brügge" klubu Trezoldini 30 milyon avro dəyərində qiymətləndirir.
Belçika çempionatının geridə qalan mövsümündə Nikolo Trezoldi 40 oyunda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


