Xulian Alvaresin agenti Fernando İdalqo sosial şəbəkədə paylaşım edərək rəhbərliyə cavab verib.
Offsideplus.az xəbər verir ki, Madridin "Atletiko" klubunun baş icraçı direktoru Migel Anxel Xil daha əvvəl Alvaresə son aylarda peşəkar karyerası ilə bağlı düzgün məsləhətlər verilmədiyini bildirmişdi. Agent isə bu sözlərə belə münasibət bildirib: "Heç vaxt yalançını niyə yalan danışdığı barədə soruşma. Səbəbini izah etmək üçün yenidən yalan danışmalı olacaq".
"Atletiko" Alvaresin transferini "Arsenal"la müzakirə etməyə hazırdır, lakin onu "Barselona"ya buraxmaq niyyətində deyil. Hücumçu isə məhz Kataloniya klubuna keçmək istəyir.


