Misli Premyer Liqasında II tura bu gün start verilir.

Offsideplus.az xəbər verir ki, mövsümə qələbə ilə başlayan "Zirə" ardıcıl 2-ci qələbəsini qazanmaq istəyir.

Rəqib "İmişli"dir. Onlar isə ilk turda "Araz-Naxçıvan"la qolsuz heç-heçə edib.

Misli Premyer Liqası, II tur

22 avqust (şənbə)

20:45 “Zirə” – “İmişli”

Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Zirə İdman Kompleksinin stadionu