İspaniya çempionatının ikinci turunda maraqlı qarşılaşmalar keçiriləcək.
Offsideplus.az xəbər verir ki, şənbə günü "Real Madrid" səfərdə "Espanyol"la qarşılaşacaq. Həmin gün "Atletik Bilbao" "Sevilya" ilə üz-üzə gələcək.
Bazar günü isə "Barselona" doğma meydanda "Elçe"ni qəbul edəcək, "Atletiko Madrid" isə "Vilyarreal"la qarşılaşacaq.
Turun son oyunu bazar ertəsi "Malaga" və "Deportivo" arasında baş tutacaq.
Qeyd edək ki, ikinci turun ilk oyununda "Rayo Valyekano" və "Alaves" 1:1 hesabı ilə heç-heçə edib, "Real Sosyedad" isə səfərdə "Betis"ə 0:1 hesabı ilə uduzub.


