Polşanın "Rakuv" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli Konfrans Liqasında Xorvatiya "Hajduk"una (Split) karşı keçirilən oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü qarşılaşmadan sonra fikirlərini bölüşərək Splitdən sərfəli nəticə ilə qayıtdıqlarını bildirib:

"Mövsümə pis başlamamışam, amma daha yaxşı da ola bilərdi.

Maraqlı oyun alındı, tərəflər hərəyə iki dəfə fərqləndi. Stadionda əsl futbol ab-havası var idi. "Dinamo"nun (Zaqreb) keçmiş futbolçusu kimi mənim üçün özəl matç idi. Bəlkə də buna görə mənə qarşı diqqət həmişəkindən daha çox idi. Sevinirəm ki, Splitdən sərfəli nəticə ilə qayıdırıq. Ümid edirəm ki, Polşadakı cavab matçında qələbə qazanıb Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə təmin edəcəyik".

Qeyd edək ki, 2:2 hesabı ilə bitən qarşılaşmada komandasının ilk qolunu M. Emreli vurub.