"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Rodrinin Kataloniya klubuna transferi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin transferi artıq La Liqada qeydiyyatdan keçirilib. Flik bildirib ki, Rodri bir qədər meydanda məşq edib və bazar ertəsi komandaya qoşulması planlaşdırılır. "Onun bizimlə olmasına sevinirəm. O, liderdir, möhtəşəm oyunçu və əla xarakterə malikdir", – deyə Flik vurğulayıb.

Baş məşqçi əlavə edib ki, Kanselu sabah oynaya bilər: "O, hazırdır. Fantastik texnikası, böyük ehtirası var və ötən mövsüm bizə böyük fayda verdi".

Qeyd edək ki, "Barselona" İspaniya çempionatının ikinci turunda 23 avqustda "Elçe" ilə qarşılaşacaq. Həmçinin, "Barselona", "Tottenhem" və "Aston Villa" "Monako"nun hücumçusu Baloguna maraq göstərir.