"Barselona" yeni mövsüm üçün mərkəz mövqeyində çıxış edən Yoan Makundu ilə iki illik müqavilə imzalayıb. 26 yaşlı, 207 sm boya malik basketbolçu ötən mövsüm də Kataloniya klubunun maraq dairəsində olsa da, transfer baş tutmamışdı.
Offsideplus.az xəbər verir ki, Makundu bu mövsümün əvvəlində "Monako"da az oyun vaxtı aldıqdan sonra Çinin "Fuczyan Stercens" klubuna keçmiş və orada 19 oyunda iştirak etmişdi. Daha sonra o, mövsümün sonuna yaxın "Monako"ya qayıdaraq komandanın Fransa çempionluğuna töhfə verib. Pley-off mərhələsində Makundu orta hesabla 11 xal və 3,6 ribaund toplayıb, ümumilikdə 10 oyunda meydanda olub və 56,6 faiz dəqiqliklə şüt atıb.


