"Mançester Siti" Çində Durex brendi ilə uzunmüddətli regional əməkdaşlığa başladığını açıqlayıb. Bu razılaşmaya əsasən, Durex klubun rəsmi sağlamlıq və rifah tərəfdaşı olacaq.
Offsideplus.az xəbər verir ki, City Football Group China-nın baş direktoru Devid Tan bildirib ki, Durex-in "Siti"nin yeni tərəfdaşı olmasından məmnundurlar. Onun sözlərinə görə, Durex uzun illərdir sağlam həyat tərzinin təbliğinə sadiqdir və birgə həyata keçiriləcək kampaniyaların Çindəki azarkeşlər arasında böyük maraq doğuracağına inanırlar.
Qeyd edək ki, Durex Böyük Britaniyada fəaliyyət göstərən, prezervativ, lubrikant və digər intim sağlamlıq məhsulları istehsal edən brenddir.


