Maks Hollouey UFC-də növbəti döyüşü üçün üç fərqli variantın gündəmdə olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, o, qeyd edib ki, gələn il Konor Makqreqorla qarşılaşmaq imkanı olsa, bu təklifi qəbul edəcək. Hollouey əlavə edib ki, yarımorta çəki dərəcəsində qələbəsi və yüngül çəki çempionu ilə olan keçmişi də var. "Əgər bu çəki dərəcələrindən birində titul döyüşü təklif olunsa, adımı ora yazın. Amma Konorla döyüş təklif edilsə, onu da qəbul edəcəyəm", – deyə Hollouey vurğulayıb.
M. Hollouey 12 iyulda UFC 329-da Konor Makqreqoru texniki nokautla məğlub edib. Həmin qarşılaşmada Makqreqor döyüşün ilk saniyələrində dizindən zədə alıb. Bundan əlavə, Hollouey 2024-cü ildə yüngül çəki çempionu Castin Geyci ilə döyüşərək, beş raundlu qarşılaşmanın son saniyəsində onu nokaut edib. Hollouey Makqreqor barədə isə belə deyib: "Makqreqor döyüşdə yavaş görünürdü, yaşlı təsir bağışlayırdı".


