Türkiyə 1-ci Liqasında 3-cü turun matçları çərçivəsində "Bursaspor" səfərdə "Karagümrük"lə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, 3 qolun vurulduğu gərgin mübarizə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

Azərbaycan millisinin futbolçusu Toral Bayramov da görüşdə şans qazanıb. Oyuna əsas heyətdə başlayan həmyerlimiz 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb və fasilədə əvəzlənib.

Mövsümdə ilk məğlubiyyətini alan "Bursaspor" aktivindəki 6 xalla turnir cədvəlinin 3-cü sırasındadır.