Maks Strus "Los Anceles Klippers"in forvardı kimi çıxış etsə də, bir vaxtlar "Mayami Hit"də çiyin-çiyinə oynadığı Cimmi Batler barədə maraqlı fikirlərini bölüşüb. Strus bildirib ki, Batlerə bənzər başqa heç kim yoxdur və onunla keçirdiyi illər ərzində belə bir insanla qarşılaşmayıb.

Offsideplus.az xəbər verir ki, Strus Batlerin oyun sonrası rahatlıqla jakuzidə pivə içə bildiyini, adi bir insan kimi davrandığını, lakin eyni zamanda olduqca qeyri-adi xarakterə sahib olduğunu deyib. "O, həqiqətən də fərqli biridir. Oyun bitəndən sonra şərab içir, bir neçə stəkan pivə içir və ertəsi gün yenə eyni şeyi edir. Basketboldan asanlıqla uzaqlaşa bilir, amma lazım olanda, xüsusilə dördüncü hissədə, sanki düyməni basıb tam oyuna köklənir", – deyə Strus vurğulayıb.

Verilişin aparıcısı Batlerin davranışını iki tip insana aid edib: sevilən və nifrət edilən. Strus isə Batleri sevilənlərdən sayıb: "Bəzən elə olur ki, bir gün əvvəl birlikdə axşam yeməyi yeyirik, səhəri isə məşqə gələndə sanki məni görmür. Düşünürəm ki, dünən nə etmişdim ki? Amma oyun başlayanda yenə ən yaxın dostun olur. Nəhayət başa düşdüm ki, Cimmi elə Cimmidir və artıq buna fikir vermirəm". Strus əlavə edib ki, Batlerin bu davranışını şəxsi qəbul etməmək ona komanda yoldaşını daha yaxşı anlamağa kömək edib və onların salamlaşması bir-birinə orta barmaq göstərməkdən ibarət olub.