NBA-nın üçqat çempionu Kevon Luni "Los Anceles Leykers"ə keçidindən sonra ilk təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mərkəz oyunçusu gənc komanda yoldaşlarına veteranlardan öyrəndiyi çempion vərdişlərini və biliklərini ötürmək istədiyini bildirib. "Bunlar mənim veteranlardan qazandığım çempion vərdişləridir. Ümid edirəm, bu yolu birlikdə gedib titul uğrunda mübarizə aparacağıq. Eyni zamanda, özüm də onlardan öyrənmək istəyirəm. NBA daim inkişaf edir, oyunçular dəyişir, liqada hər zaman yeniliklər olur. Mən də bu təcrübəni əldə etmək niyyətindəyəm", – deyə Luni vurğulayıb.

Luni Luka Donçiçlə eyni komandada oynayacağı üçün həyəcanlı olduğunu da qeyd edib: "Luka liqanın ən yaxşı basketbolçularından biridir. İllərdir ona qarşı oynamışam və bu həmişə böyük çətinlik olub. Bu dəfə onunla eyni komandada olmaqdan məmnunam".

O, "Leykers" azarkeşlərinə də müraciət edib: "Azarkeşlər məndən meydançada çox enerji, fədakarlıq və ribaund gözləyə bilərlər. Mən əsasən bu keyfiyyətlərimlə tanınıram və bu təcrübəni "Leykers"ə gətirmək istəyirəm".

Qeyd edək ki, Kevon Luni ötən mövsümü "Nyu Orlean Pelikans"da keçirib və 21 oyunda orta hesabla 2,8 xal, 5,6 ribaund və 1,6 assist ilə yadda qalıb. Onun ümumi atış dəqiqliyi isə 41,7 faiz olub.