Merab Dvalişvili hesab edir ki, MMA tarixinin ən güclü döyüşçüsü məhz Con Consdur, İslam Maxaçev yox.
Offsideplus.az xəbər verir ki, gürcü idmançı bu barədə fikirlərini bölüşüb.
Dvalişvili açıqlamasında belə deyib:
"Maxaçev dünyada ən yaxşı döyüşçülərdən biridir, amma mənim üçün tarixdə ən yaxşı döyüşçü Consdur. Onun ən çox titul müdafiəsi, ən çox əsas döyüşü var. İslam əla idmançıdır, ona hörmət edirəm, amma əslən ən böyüyü Consdur".
Qeyd edək ki, həm Maxaçevin, həm də Consun aktivində 29 qələbə və 1 məğlubiyyət var. Hər iki döyüşçü çempion olub və müxtəlif çəki dərəcələrində kəmər müdafiə edib.


