"Mançester Siti"nin futbolçusu Cek Qriliş İngiltərədə klubunu dəyişməyə hazırlaşır.
Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, 30 yaşlı vinger “Koventri”yə icarə əsasında yollanmağı planlaşdırır.
Artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Aston Villa”, “Notss Kounti”, “Everton” klublarında forma geyinib.


