"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasının ilk turunda "Hall Siti"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi səfər oyunlarının çətinliyini vurğulayıb: "Premyer Liqada belə səfər stadionlarında oynamaq həmişə çətindir. Rəqibin intensivliyinə və aqressiyasına uyğunlaşmaq lazımdır. Bu gün iki standart vəziyyət nəticədə bizə qələbəyə başa gəldi".

Azarkeşlərin narazılığına münasibət bildirən Brunu Fernandeş əlavə edib: "Onların məyusluğunu anlayırıq. Hər mövsümün əvvəlində biz hər oyunda mübarizə aparmaq və qalib gəlmək istəyirik. Amma azarkeşlərin dəstəyinə və özümüzə inama ehtiyacımız var".