Corc Rassell Niderland GP-nin sprint yarışının qalibi oldu.

Offsideplus.az xəbər verir ki, "Mercedes"in pilotu Corc Rassell pole mövqeyindən başladığı Niderland Qran-prisinin sprint yarışında hər kəsi üstələyərək birinci yeri tutub. 24 dövrəlik mübarizədə liderliyini əldən verməyən britaniyalı sürücü "Ferrari"dən Şarl Lekleri 1,36 saniyə geridə qoyub.

Mərhələnin ən həyəcanlı anı 18-ci dövrədə yaşanıb - Lekler düzlükdə mükəmməl ötmə əməliyyatı ilə Lando Norrisi geridə qoyaraq 2-ci pilləyə yüksəlib.

"Maklaren"in bolidində problem yaşayan çempion Norris 3-cü, Kimi Antonelli isə 4-cü yeri tutub. Yarış başa çatan kimi treke güclü yağış yağıb.