İngiltərə futbolunun əfsanəsi Alan Şirer "Mançester Yunayted"in Premyer Liqanın ilk turunda "Hall Siti"yə 0:2 hesabı ilə məğlubiyyətindən sonra komandanın fiziki durumunu sərt şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Şirer "Mançester Yunayted"in bu qarşılaşmada tam hazır görünmədiyini bildirib: "Mən yay hazırlıq oyunlarında "Mançester Yunayted"i izləməmişdim, amma bu matçda onları gördüm. Komanda fiziki cəhətdən tam hazır deyildi, 90 dəqiqə yüksək tempdə və intensiv pressinq altında oynamağa gücləri çatmadı. Bu oyunda yalnız bir komanda fiziki cəhətdən hazır idi və o da "Mançester Yunayted" deyildi" – deyə Şirer vurğulayıb.


