“Liverpul” “Real”ın hücumçusu Endriki heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi 20 yaşlı futbolçunun transfer imkanları ilə bağlı Madrid təmsilçisinə müraciət edib.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında “Lion”da keçirən futbolçunun “Real”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.


