"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Xulian Alvaresin mümkün transferi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis bu barədə belə deyib: "Mən Xulian Alvares haqqında danışmaq istəmirəm. Mən yalnız öz oyunçularımız barədə fikir bildirirəm, başqa komandaların futbolçuları haqqında danışmıram".
Qeyd edək ki, daha əvvəl "Barselona" argentinalı hücumçuya maraq göstərib, Alvares isə Kataloniya klubunda oynamaq istədiyini bildirib. "Atletiko" Alvaresin transferini "Arsenal"la müzakirə etməyə hazır olsa da, onu "Barselona"ya buraxmaq niyyətində deyil. Hücumçu isə "blauqrana"ya keçmək istəyir.


