Hazırda davam edən Misli Premyer Liqasının 2-ci turunda keçirilən “Zirə” - “İmişli” oyununu izləyənlər arasında Ayxan Abbasov da var.
Azərbaycan millisinin baş məşqçisi Offdideplus.az-ın kamerasına tuş gəlib.
Milli komandanın idman direktoru İlqar Qurbanov da matçı canlı izləyir.
Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində Tacikistanla da (23 sentyabr) yoldaşlıq görüşü keçirəcək.


