"Sabah"ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurmaqla rekorda imza atıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, pley-off mərhələsinin "Hapoel" (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

Serbiyalı yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin "KuPS" (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin "Orhus" (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb.

Qeyd edək ki, bunadək şərikli rekord "Qarabağ"ın hücumçuları Redon Cica və Juninyoya məxsus idi.