Dünya futbolunun tanınmış ulduzlarından Karim Benzema "Trabzonspor"a təklif olunub.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən Türkiyə klubu 38 yaşlı fransalı forvetin menecerləri tərəfindən təklif alıb. 

Lakin “Trabzonspor” rəhbərliyi bu transfer variantına müsbət yanaşmayıb. Klubun Benzemanın yaşını və yüksək maliyyə tələblərini risk kimi qiymətləndirdiyi qeyd olunur.

Fransalı hücumçu illik 30 milyon avro maaş tələb edib və bu məbləğ “Trabzonspor” rəhbərliyinin transferdən geri çəkilməsinə səbəb olub.