"Qarabağ" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin pley-off mərhələsində "Tvente" (Niderland) ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 22:00-da Enshededəki "Tvente" stadionunda start götürəcək.


Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.