"Gəncə" yeni transferini açıqlayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Bakari Kamara mövsümün sonuna kimi Qərb təmsilçisində mübarizə aparacaq.

Hücumçu mövqeyində oynayan Kamara 201 sm boya malikdir. 

28 yaşlı basketbolçu Avropada müxtəlif ölkələrdə çıxış edib.

O, İspaniya, Danimarka və Fransada oynayıb. Bakarinin son klubu "Əl-Vakra" olub.