"Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə 1:2 hesabı ilə uduzduqları ilk oyun barədə danışarkən deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

"Hapoel"i qələbəsi münasibəti ilə təbrik edirəm. Həqiqətən də yaxşı komandadır. Oyuna maksimum hazırlaşmağa çalışmışdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesabdır. Yəni, şansımız var. Ötən mərhələdə "Orhus"a da bu hesabla uduzmuşduq. Ancaq Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.