Rodrinin transferindən sonra "Barselona" daha bir ulduzu transfer edə bilər.
Offsideplus.az xəbər verir ki, "Arsenal"ın isveçli hücumçusu Viktor Gyökeres İspaniya nəhəngi "Barselona"ya keçmək üçün təşəbbüs göstərir. 28 yaşlı hücumçunun nümayəndələri futbolçunun xidmətlərini hər gün Kataloniya klubuna təklif edirlər.
Ötən mövsüm "Arsenal"ın heyətində 21 qol vurmasına baxmayaraq, bəzi vacib matçlarda ehtiyatda qalması isveçli hücumçunu yeni macəra axtarışına sövq edib.
Xulian Alvarez transferi baş tutmadıqdan sonra Kataloniya təmsilçisi hücum xətti üçün 1 nömrəli prioritet olaraq "İnter"in kapitanı Lautaro Martinezi müəyyənləşdirib. Gyökeres isə hələlik B planı siyahısındadır.
"Arsenal" və baş məşqçi Mikel Arteta futbolçunu buraxmaq niyyətində deyil və onun Premyer Liqadakı ikinci mövsümündə də komandanın əsas fiqurlarından biri olacağını düşünür.



