"Atletiko Madrid"in sloveniyalı qapıçısı Yan Oblak İspaniya La Liqasının tarixində yeni bir səhifə açıb.
Offsideplus.az xəbər verir ki, Yan Oblak La Liqa tarixində 400 oyuna çıxan ilk xarici qapıçı ünvanına sahib olub.
-
Tarixi siyahıda 11-ci: Sloveniyalı ulduz turnir tarixində 400 matç həddini keçməyi bacaran ümumilikdə cəmi 11-ci qapıçı kimi adını tarixə yazdırıb.
-
Təcrübə və sabitlik: 2014-cü ildən "Atletiko Madrid"in şərəfini qoruyan Oblak İspaniya futbolunda göstərdiyi sabit performansla analoqu az olan göstəriciyə imza atıb.


