İtaliya nəhəngi “Milan” hücum xəttini gücləndirib.

Offsideplus.az xəbər verir ki, “Milan” Fransanın “Strasbourg” klubunda çıxış edən belçikalı vinger Diego Moreiranı transfer etdiyini rəsmən açıqlayıb.

22 yaşlı futbolçu yeni klubu ilə 30 iyun 2031-ci ilə qədər müqavilə imzalayıb. Moreira “Milan”da 22 nömrəli formanı geyinəcək. 

Transferin ümumi məbləğinin bonuslarla birlikdə 66 milyon avroya çatacağı bildirilir. “Milan” “Strasbourg”a 50 milyon avro sabit ödəniş edəcək. Müqavilədə əlavə olaraq 16 milyon avroya qədər bonus və növbəti satışdan pay maddəsi də yer alır.