İspaniyanın "Atletiko" klubunda yeni rekord qeydə alınıb. Komandanın 16 yaşlı mərkəz müdafiəçisi Xorxe Dominqes La Liqada debüt edib.
Offsideplus.az xəbər verir ki, Dominqes Madrid təmsilçisinin İspaniya çempionatının ilk turunda "Malaqa" ilə qarşılaşmasında start heyətində meydana çıxıb. O, 16 yaş 241 günlüyündə "Atletiko"nun La Liqada oynayan ən gənc futbolçusu adını qazanıb.
Xorxe Dominqes 21 dekabr 2009-cu ildə Madriddə anadan olub. Onun atası ispan, anası isə Konqodandır. Bu yay Dominqes İspaniya U-17 millisinin heyətində Avropa çempionatında çıxış edib və komanda yarımfinalda İtaliyaya penaltilər seriyasında uduzub.
Ötən mövsüm Dominqes UEFA Gənclər Liqasında 6 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib və 3 sarı vərəqə alıb.


