"Barselona"nın sabiq kapitanı Karles Puyol Lionel Messiyə dəstək olub və onu futbol tarixinin ən yaxşı oyunçusu adlandırıb.
Offsideplus.az xəbər verir ki, Puyol argentinalı hücumçunun atasının vəfatı fonunda ona mənəvi dəstəyini ifadə edib: "Leo, möhkəm ol, pozitiv düşün. Bunu ona təkbətək dedim. Onu sevən hər kəs, biz və ailəsi onun yanındayıq. Messinin 39 yaşında dünya çempionatında etdikləri inanılmazdır. O, liderdir və Argentina məhz onun sayəsində finala yüksəldi, çünki komanda sabit oynamırdı. Amma hər oyunun son 30 dəqiqəsində Leo məsuliyyəti üzərinə götürürdü, hətta finalda da, harada ki, İspaniya daha yaxşı idi. Son dəqiqələrdə onların şansları oldu və təhlükəli idilər. Mənim üçün o, tarixin ən yaxşısıdır və karyerasına yeni başlayan bütün gənc oyunçular üçün nümunədir" – deyə Puyol EFE və ESPN-ə açıqlamasında bildirib.


