​Yay transfer pəncərəsində fransız ulduz Karim Benzema ilə bağlı gözlənilməz yenilik baş verir.

​Offsideplus.az xəbər verir ki, yayılan məlumatlara görə, Benzema baş məşqçi Simone İnzaginin komanda planlarına daxil edilmir və tərəflər arasında soyuqluq yaşanır.

​Səudiyyə Ərəbistanı təmsilçisi Benzemanın yerini doldurmaq üçün "Aston Villa"nın hücumçusu Olli Uotkinsi əsas namizəd kimi nəzərdən keçirir.

​Təcrübəli hücumçunun yeni ünvanı üçün gözlənilməz klub ortaya çıxıb. Məlumata görə, ABŞ-nin "İnter Mayami" klubu fransız ulduzu heyətinə qatmaqda maraqlıdır.