Milli komandamızın baş məşqçisi Ayxan Abbasov “Sabah” və “Qarabağ”ın avrokubok oyunlarını canlı izləyəcək.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə mütəxəssis hazırda Buxarestdədir. Bu axşam “Sabah”ın “Hapoel" (Beer-Şeva) ilə oyununa baxdıqdan sonra Niderlanda yollanacaq. 

Qeyd edək ki, A. Abbasov ötən ilin sentyabrından etibarən millinin sükanı arxasındadır.