Konfrans Liqasınınn pley-off mərhələsində “Qarabağ” “Tvente”nin qonağı olacaq.
Offsideplus.az Niderland klublarına qarşı təmsilçilərimizin çıxışı haqda araşdırma edib.
Ümumilikdə 6 dəfə niderlandlılara qarşı oynamışıq. Maraqlıdır ki, altısına qarşı da “Qarabağ” mübarizə aparıb.
İlk dəfə 2009/10 mövsümündə Avropa Liqasının pley-offunda “Tvente” ilə qarşılaşıb. Səfərdə 3:1 hesabı ilə məğlub olan “kəhər atlar” Bakıda qolsuz heç-heçəyə razılaşıb.
Tarixi qarşılaşma 2014/15 mövsümündə olub. Ağdamlılar səfər qolu hesabına ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı - 1:1, 0:0.
Son iki mövsümdə isə “Ayaks”la iki dəfə qarşılaşan “Qarabağ” hər iki oyunda Bakıda məğlub olub - 0:3, 2:4.
Sabah 7-ci dəfə Niderland təmsilçisinə qarşı oynayacağıq. Artıq “səfər qolu” məsələsi yoxdur. Ümid edək ki, “Qarabağ” bu tilsimi də qırıb, qələbələr qazanıb Konfrans Liqasının liqa mərhələsinə yüksələcək.


