Belçika millisinin hücumçusu Romelu Lukaku ötən mövsümün karyerasında ən ağır il olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, o, ötən həftə "Napoli"dən "Fənərbaxça"ya 6 milyon avro və bonuslar qarşılığında transfer olunub. Futbolçunun mart ayında komandanın düşərgəsinə qoşulmaması səbəbindən "Napoli" ilə münasibətləri pozulub. Bundan əlavə, sentyabr 2025-ci ildə oyunçunun atası Rocer Lukaku vəfat edib.
"Fənərbaxça" ilə bir illik müqavilə imzaladım, əlavə bir il uzatmaq imkanı var. Ümid edirəm, bu iki ili tam keçirə biləcəyəm. Sonra evə qayıdacağam (yəqin ki, Lukaku "Anderlext"i nəzərdə tutur). O vaxta qədər də formada olacağıma inanıram. Həmişə demişəm ki, 2030-cu ilə qədər 'qırmızı şeytanlar'ın (Belçika millisinin ləqəbi) heyətində çıxış etmək istəyirəm. Sonrası isə artıq son olacaq. Baxın, bir çox futbolçu 40 yaşa qədər oynaya bilir. Bu, xarakter məsələsidir. Daim başqalarının fikrinə qulaq asanda bədbəxt olursan. Amma mən özümə yaxşı baxıram. İndi yenidən qayıtmışam. Bu il həyatımın ən çətin ili oldu. "Napoli"dən niyə ayrıldım? Bəzi söz-söhbətlər eşitdim və qərarımı verdim. Mənim üçün getmək daha yaxşı idi. Formada olmadığım barədə deyilənlər həqiqəti əks etdirmir. Yəqin ki, İtaliyada məni kənarlaşdırmaq üçün belə deyirdilər. Mən yüz faiz hazıram", – deyə Lukaku vurğulayıb.


