​"Atletiko Madrid"in prezidenti Enrike Sereso argentinalı hücumçu Xulian Alvarezin komandada qalacağını və "Barselona"ya keçidinin mümkün olmadığını bəyan edib.  

​Offsideplus.az xəbər verir ki, Sereso katalon klubuna Alvarezı satmaq niyyətində olmadıqlarını lap başdan aydın şəkildə bildirdiklərini vurğulayıb.

Prezident hücumçunun üzr istəyib-istəməyəcəyini bilmədiyini, lakin meydançada nümayiş etdirəcəyi oyunla iki matç ərzində azarkeşlərin rəğbətini yenidən qazanacağına əmin olduğunu qeyd edib.  

​Transfer şayiələri və futbolçunun getmək istəyi fonunda baş məşqçi Diyeqo Simeone Alvarezı La Liqanın ilk turundakı "Malaqa" ilə qarşılaşmanın heyətinə daxil etməyib.