"LANDAU Lions" yeni mövsüm öncəsi heyətini formalaşdırmağa davam edir.

Offsideplus.az xəbər verir ki, "şirlər" 18 yaşlı İsmayıl Abdullayevlə daha 1 illik müqavilə imzalayıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsmayıl əvvəlki iki mövsümdə də "LANDAU Lions"un formasını geyinib.

Gənc basketbolçu bu yay U-18 və U-20 millisi ilə avropa çempionatı B divizionunda uğurlu çıxışı ilə yadda qalıb.