Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Dostonbek Oripova 4:1 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə Ayxan Cavadov titulunu qoruyaraq ardıcıl ikinci dəfə dünya çempionu olub.


